Xəbərlər

Azərbaycan Respublikasının Kənd Təsərrufatı Nazirliyi BMTB ETİ ilə AMEA-nın Genetik Ehtiyatlar İnstitutu arasında elmi-texniki əməkdaşlığa dair müqavilə imzalanıb.

Azərbaycan Respublikasının Kənd Təsərrufatı Nazirliyi Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu ilə AMEA-nın Genetik Ehtiyatlar İnstitutu arasında elmi-texniki əməkdaşlığa dair müqavilə imzalanıb.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu ilə AMEA-nın Genetik Ehtiyatlar İnstitutu arasında texniki bitkilərin yeni sortlarının yaradılması istiqamətində seleksiya, genetika və bitki mühafizəsi sahəsində elmi-tədqiqatların aparılmasına dair müqavilə bağlanılıb.
Birgə əməkdaşlıq haqqında müqavilədə (BƏHM) elmi tədqiqatlardan əldə olunan nailiyyətlərin təşviq olunması, təcrübə sahələrində monitorinqlərin keçirilməsi, mühüm təsərrüfat əhəmiyyətli təkliflərin hazırlanması elmi tədqiqatların aparılması, habelə BMTBETİ və GEİ-nin mütəxəssislərinin doktorant və dissertantlarının birgə əməkdaşlığının həyata keçirilməsi kimi əsas məsələlər nəzərdə tutulur.
BƏHM-ni bir tərəfdən GEİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü, prof. Zeynal İba oğlu Əkpərov və digər tərəfdən BMTBETİ-nin direktoru, b.e.f.d., dos. Elçin Ağası oğlu Xəlilov imzalayıblar.

BMTB ETİ

© 2020 BMTB ETİ