Xəbərlər

Xəstəlik və Zərərvericilərin Proqnozu laboratoriyasının əməkdaşları Masallı rayonun ərazisində yerləşən meşələrdə müşahidələr aparıblar.

Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin Xəstəlik və Zərərvericilərin Proqnozu laboratoriyasının böyük elmi işcisi Əliyeva Vüsalə və texnik Məmmədova Könül “Lənkəran-Astara bölgəsinin meşə ağacları zərərvericilərinin qısa və uzunmüddətli proqnozunun işlənib hazırlanması” mövzusuna dair ilkin tədqiqatlar aparmaq üçün Masallı rayonunda olublar. Masallı rayon Bitki Mühafizə Mərkəzinin rəisi İslam Məmmədovla birlikdə aparılan müşahidələr zamanı meşə ağaclarının gövdələri üzərində dəyişik ipəksarıyanın keçəyəbənzər örtüklər içərisində qoyduqları yumurta topalarından nümunələr götürülüb.
Müşahidələrin davamı olaraq yumurta topalarından tırtılların çıxışı laboratoriya şəraitində izləniləcək.

BMTB ETİ

© 2020 BMTB ETİ