Məqalələr

Kənd təsərrüfatı məhsullarının tərkibində olan nitrat təhlükəlidirmi? - Fermerlərə tövsiyə

Məlumdur ki, nitrat, nitrit və nitrozamin ətraf mühiti zəhərləyən amillərdir. Nitrat bağırsaq mikroorqanizmlərinin fəaliyyətində kəskin zəhər olan nitritə çevrilir. Alınan bu maddə orqanizmdə maddələr mübadiləsində iştirak edərək insan və heyvanlar üçün ciddi təhlükə yaradır. Nitrat suda, torpaqda və nəhayət, bitkinin bütün orqanlarında həddən artıq toplanır. Bu isə azot gübrəsinin torpağa tələb olduğundan artıq verilməsi ilə bağlıdır. Elə təsəvvür yaranmasın ki, nitrat tamamilə gərəksizdir. Unutmaq olmaz ki, onun təbii mühitdə varlığı (su, torpaq, bitki) insan və heyvan orqanizmində zəruridir.

Nitrat azotunun kənd təsərrüfatı məhsullarında necə və hansı miqdarda toplanması hamını düşündürür. Bu haqda müəyyən məlumatı olan şəxslər tərəvəz, göy-göyərti və meyvə aldıqda fikirləşirlər ki, görəsən, aldığı məhsul nə qədər təmiz və keyfiyyətlidir?

Nitratlar əsasən bitkinin kökündə, gövdəsində, saplağında və yarpaq damarlarında toplanır. Çünki qida maddələri bu orqanlar vasitəsilə torpaqdan nəql olunur. Çuğundurda, turpda və yerkökünün özək hissəsində nitratlar daha çox toplanır və onların miqdarı tərəvəzin kütləsi ilə sıx bağlıdır. 100 qrama qədər olan kökümeyvəlilərdə nitrat az olur, bazardan alarkən onların irisini almağa çalışmayın.

Məhsul yığılma vaxtının da nitratın toplanma miqdarına təsiri vardır. Göy-göyərtini səhər yığarkən məhsulda daha çox, günorta orta, axşamüstü isə nitrat azotu 30-40 faiz az olur. Bu cəhətə də diqqət yetirmək lazımdır. Nə qədər ki tərəvəz körpədir, orada nitrat azotu çox olur. Xiyarda isə əksinə, körpə xiyarda nitrat azotu az,  yetkinində isə daha çox olur. Tərəvəzin səpin vaxtı da nitratın az və ya çox miqdarda toplanmasına səbəb olur.

Müəyyən çətinliklər olsa da, bu məsələdə dövlət nəzarəti mövcuddur. Bazarlarda ixtisaslı həkim, mütəxəssislər fəaliyyət göstərirlər. Onlar lazımi cihazlarla təmin ediliblər. Bu işdə müəyyən səliqə-səhman yaratmaq üçün vaxtaşırı məhsul nümunələrində nitratın miqdarı haqqında mətbuatda məlumat verilməsi məqsədəuyğundur.

Gəncə şəhərində bazarlardan ayrı-ayrı satıcılardan meyvə, tərəvəz,  göy-göyərti və başqa kənd təsərrüfatı məhsullarından nümunələr götürüb  BMTB ETİ-nin Pestisidlərin sınağı və herbalogiya laboratoriyasında ionomer və nitrotest cihazlarında nitratın miqdarını təyin etmişik. Gəldiyimiz nəticəyə görə, tərəvəz, meyvə, göy-göyərti və başqa kənd təsərrüfatı məhsullarında nitratın səviyyəsi respublika üzrə qəbul olunmuş normadan aşağı olmuşdur. Yəni, onların qida kimi qəbulu zərərsizdir. Bundan başqa, tərəvəz bitkilərindən  xiyar və pomidorda, eləcə də bostan bitkilərindən qarpızda, yemişdə və çiyələkdə nitrat artıqlığı müəyyən edilmişdir. Belə məhsullar yemək üçün tamamilə yararsızdır və onları məhv etmək lazımdır.

Kənd təsərrüfatı məhsullarında nitrat azotunun icazə verilən norması aşağıdakı cədvəldə göstərilmişdir.

Nitrat azotunun icazə verilən norması

 

S/S

 

 

Nümunələr

 

İcazə verilən norma,mq/kq

 

S/S

 

 

Nümunələr

 

İcazə verilən norma,mq/kq

1

Üzüm

60

19

Nanə

200

2

Xurma

60

20

Şirinbibər

250

3

Ərik

60

21

Nar

250

4

Qarpız

60

22

Kartof

250

5

Alma

60

23

Yerkökü

500

6

Şaftalı

60

24

Kələm

600

7

Armud

80

25

Göysoğan

600

8

Sarımsaq

80

26

Ağreyhan

600

9

Lobya

80

27

Cəfəri

1400

10

Soğan

150

28

Çuğundur

2000

11

Yemiş

90

29

Qarareyhan

2000

12

Xiyar

150

30

Keşniş

2000

13

Pomidor

160

31

Tərxun

2000

14

Yapongavalısı

200

32

Kəvər

2000

15

Acıbibər

200

33

Acıtərə

2000

16

Turp

200

34

Mərzə

2000

17

Badımcan

200

35

İspanaq

2000

18

Şüyüd

200

36

Acıbibər

250

 

Bazarda satılan kənd təsərrüfatı məhsullarında nitratın normadan artıq olması üzərində nəzarətin gücləndirilməsi olduqca vacibdir. Bu məqsədlə vaxtaşırı meyvə, tərəvəz, göy-göyərti və başqa kənd təsərrüfatı məhsullarından nümunələr götürülüb analizlər aparılmalı və şəhər əhalisinə ətraflı məlumat verilməlidir. Unutmaq olmaz ki, bazarda satılan kənd təsərrüfatı məhsullarından şəhərin bütün sakinləri istifadə edir, hətta kiçik yaşlı uşaqlar bəzən yuyulmamış yeyirlər. Bu da, söz  yox ki, uşaqların da, böyüklərin də sağlamlığına mənfi təsir edə bilər. Bu işə məsuliyyətli nəzarət vacib məsələlərdən biridir.

                                                                                 

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu

Pestisidlərin sınağı və herbalogiya  laboratoriyasının böyük elmi işçisi                            Məmmədova S.Ə

 

Pestisidlərin sınağı və herbalogiya  laboratoriyasının elmi işçisi                                       Verdiyeva  Z.A.       

BMTB ETİ

© 2020 BMTB ETİ