Beynəlxalq əlaqələr
- Siz buradasınız:
- Ana səhifə
- Beynəlxalq əlaqələr
- Beynəlxalq Atom Enerji Agentliyi (Vyana Avstriya) - pambıq bitkisinin seleksiya və aqrotexnikası istiqamətində - Avstriyanın Beynəlxalq Atom Enerjisi Qurumunun (Vyana) xətti ilə pambıq toxumlarının Co60elementi ilə şüalandırdıqdan sonra əkinlərin aparılması və seleksiya məqsədi ilə təsərrüfat qiymətli mutant xətlərin alınması əsas götürülür. Bu mutant xəttlər keyfiyyətli lif çıxımına malik məhsuldar sortların alınmasında istifadə olunur.
- Türkiyənin Ege Universiteti, Biotexnologiyalar və kök hücrələri departamenti (İzmir)- Biotexnologiya sahəsində kadr yetişdirmə məqsədi ilə 2 əməkdaş hazırlanıb qayitmışdır.
- Türkiyə - Pamuk Araşdırma İnstitutu (Nazilli) ilə elmi əməkdaşlıq aparılır.
- Pakistan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutu və Kənd Təsərrüfatı və Biologiya üzrə Nüvə İnstitutu (İslamabad)- elmi əməkdaşlıq və pambıq toxumunun səpindən qabaq ozonlaşdırılması texnologiyası üzrə əməkdaşlıq aparlır.
- Çin-China Xinjiang Xishengnong İmport &Export Trade Co.Ltd”s (Çin) ilə pambıq məhsulunun artırılması üçün Çin texnologiyasının - Hal-hazırda pambıqçılıq üzrə institutun Ucar Şirvan Təcrübə Stansiyasında 10 ha sahədə Çin texnologiyası əsasında pambıq əkinlərində məhsul yığımı yekunlaşmışdır. Bu texnologiya ölkəmiz üçün yenidir. Burada pambıq çiyidi polietilen örtük altına səpilir və suvarma damcı üsulu ilə aparılır. Çin texnologiyasında aqrotexniki tədbirlərə və suya qənaət olunmaqla yüksək məhsul alınması qarşıya məqsəd qoyulnuşdur.2019-cu ilin yekununda bu texnologiya üzrə məhsuldarlıq hər hektardan 60 sen/ ha təşkil etmişdir
- Türkiyə və Yunanıstan -BİOSAGROSYSTEMS S.A. (Yunanıstan) pambığın tirəyə əkin və suvarma suyuna qənaət texnologiyası - İnstitutun Beyləqan rayonu ərazisində yerləşən Mil Təcrübə Stansiyasında 7 ha sahədə Türkiyə texnologiyası əsasında damcı üsulu tətbiq olunmaqla tirəyə pambıq səpini həyata keçirilmiş, 15 Türkiyə sortu ( 2.5 ha Adana 712 sortu, 2.5 ha ES-1 sortu və s.) və 4 Azərbaycan(BMTBETİ) sortu(Gəncə-110, Gəncə-160, Gəncə-182, və Gəncə-114) olmaqla müsabiqəli sort sınağı aparılmışdır. Burada yenilik tirəyə səpin və su normasına qənaət olunmaqla, nəmliyin qorunması və yüksək məhsuldarlıq əsas göstərici hesab olunur.
- Özbəkistan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutu (Daşkənd), pambığın seleksiyası, toxumçuluğu və aqrotexnologiya üzrə birgə tədqiqatların aparılması istiqamətində alimlər BM TBETI-də olmuşlar(2019-ildə.)
- Qazaxıstan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutu (Maktaralskiy)- pambığın seleksiyası, toxumçuluğu və aqrotexnologiya üzrə birgə tədqiqatların aparılması istiqamətində alimlər BM TBETI-də olmuşlar.
- Bitki mühafizəsi sahəsində isə Rusiya Federasiyasında Ümumrusiya Bitkiləri Mühafizə İnstitutu, “Sibbiofarm” MMC (Novosibirsk ) bioloji preparatlarla əlaqədar əməkdaşlıq edilir.
- Moldovanın Genetika, Fiziologiya və Bitki Mühafizə İnstitutu, “BİOCHEMTECH”EİB MMC (Kişinev )- pambıq sovkası, üzüm salxım yarpaqbükəni, alma meyvəyeyəni, pomidor güvəsi və s.qorxulu zərərvericilərlə effektli mübarizə üçün bioloji mübarizənin əsasını təşkil edən Feromon tələlərin istehsalı məqsədi ilə Moldovalı alimlərlə institut alimləri birgə əməkdaşlığa başlamışdır. Bununla əlaqədar işlərlər institutun Abşeron Təcrübə Stansiyasında icra olunur. Moldovalı iki mütəxəssisin iştirakı və metodiki tövsiyyəsi ilə stansiyada feromon istehsalı başlamış, artıq xeyli sayda feromon tələlər hazırlanmışdır.