Nailiyyətlər

                     Texniki bitkilər (pambıq) sahəsində məhsuldar, lif çıxımı yüksək yeni  sortların alınması, rayonlaşdırılması, məhsuldarlığın artırılması üçün əlverişli texnologiyaların işlənib hazırlanması istiqamətində elmi tədqiqat isləri aparılır. 

                    İnstitutun Texnologiya laboratoriyasında (respublikada yeganə pambıq etalonu bu laboratoriyada hazırlanır)  2019-cu il xam pambıq tədarükü mövsümünə  növlər  üzrə maşın və əl yığımından 64 ədəd  xam pambıq standart etalonları hazırlanıb sifarişçi “Azərpambıq ASK” MMC və MKT İK MMC-yə təhvil verilmişdir.  Hal-hazırda laboratoriyada etalonların hazırlanması istiqamətində  işlər davam etdirilir.

                  İnstitutun Abşeron Təcrübə Stansiyasında Feromon tələlər - pambıq sovkası, alma meyvəyeyəni, üzüm salxım yarpaqbükəni zərərvericilərinə qarşı və mikrobioloji preparatlar (BTB, Trixodermin) hazırlanmışdır və bu istiqamamətdə işlər  davam etdirilir.

                 Fitopotologiya laboratoriyasında müxtəlif bitkilərdən 9 adda fitonsidlər  hazırlanmışdır və kənd təsərrüfatı bitkilərinin xəstəliklərinə qarşı fitonsidlərlə tədqiqat işi aparılır.

                İnstitutda 6 ədəd pambıq, taxıl, kartof, üzüm, meyvə və tərəvəz bitkilərinin zərərli orqanizmilərinə qarşı inteqrir mübarizə tədbirləri sistemi işlənib hazırlanmışdır.

 

BMTB ETİ

© 2020 BMTB ETİ