Fəaliyyət istiqamətləri

  • Respublika ərazisində açıq və örtülü şəraitdə becərilən kənd təsərrüfatı, meşə, yaşıllıq, dekorativ və dərman bitkilərinin zərərverici, xəstəlik və alaq otlarının növ tərkibinin, yayılma arealının, başlıca zərərli orqanizmlərin bioekoloji xüsusiyyətlərinin və onların vurduğu zərərin  öyrənilməsi əsasında ekoloji baxımdan təhlükəsiz mübarizə tədbirlərinin işlənib hazırlanması;
  • Respublika ərazisində yayılmış karantin zərərli orqanizmlərin bioekoloji xüsusiyyətlərinin öyrənilməsi və onların qısa və uzunmüddətli inkişaf proqnozunun hazırlanması;
  • Yüksək rəqabət qabiliyyətliyinə malik ixrac yönümlü, respublika üçün prioritet hesab edilən bitkilərin zərərli orqanizmlərinə qarşı inteqrir mübarizə tədbirlərinin işlənib hazırlanması;
  • Bitki mühafizəsi məqsədi ilə bioloji vasitələrin istehsalı, sınağı və təsərrüfatlara tətbiqinin  təşkili;
  • Respublikaya daxil olan pestisidlərin sınağı, optimal dozalarının müəyyənləşdirilməsi və  tətbiq  reqlamentlərinin  işlənib hazırlanması; 
  • Respublikanın ayrı-ayrı bölgələri üzrə fitosanitar vəziyyətin qiymətləndirilməsi;
  • Texniki bitkilərin müasir becərilmə aqrotexnologiyasının işlənib hazırlanması;
  • Texniki bitkilərin (pambıq) ekoloji şəraitin stress hallarına (zərərli orqanizmlərə, quraqlığa, şoranlığa və s. qarşı davamlı) qarşı davamlı sort və hibridlərinin yaradılması və toxumçuluğunun təşkili;
  • Texniki bitkilərin becərilməsi zamanı suvarma suyuna qənaətedici texnologiyanın işlənib hazırlanması;
  • Respublika ərazisində becərilən kənd təsərrüfatı məhsullarında nitrat azotunun və zəhər qalığının müəyyənləşdirilməsi.

 

 

BMTB ETİ

© 2020 BMTB ETİ