Yaranma tarixi

                 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2015-ci il 109 saylı qərarının 5-ci bəndinə əsasən Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizə İnstitutunun, Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun və Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun (3 şöbə) bazasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar  Elm və İnnovasiya Mərkəzinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu yaradılmışdır. 

                 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda  2019-cu ildə 2 problem, 19 mövzu və 30 elmi-tədqiqat işi yerinə yetirilmişdir. 2020-ci ildən isə institutda 2 problem, 8 mövzu və 26 elmi-tədqiqat işi yerinə yetiriləcəkdir. Elmi-tədqiqat işlərinin icrasında 102 nəfər elmi işçi, o cümlədən 18 nəfər fəlsəfə doktoru, 1 nəfər elmlər doktoru  iştirak etmişdir.

             İnstitutda Aqrar Elm və İnnovasiya  Mərkəzi tərəfindən təsdiq olunmuş 21 nəfərdən ibarət elmi şura fəaliyyət göstərir. İnstitutun strukturunda 180 nəfər əməkdaş çalışır. İnstitutda Abşeron, Xaçmaz, Mil, Muğan Təcrübə Stansiyaları, Saatlı və Ucar Dayaq Məntəqələri, Layihə Axtarış Kimyalaşdırma Stansiyası fəaliyyət göstərir.

BMTB ETİ

© 2020 BMTB ETİ