İSO 9001:2015

AzərbaycanRespublikası Kənd Təsərrüfatı Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Keyfiyyət sahəsində siyasəti

 

Sənəd №                BMTBETİ/KİS/S

Yoxlama №:          

Yazılma tarixi:      15.06.2022

Səhifə №                1/1

Keyfiyyət siyasətimiz Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun ixtisaslı və motivasiyalı kadrları olan, inkişaf edən və çiçəklənən tədqiqat təşkilatı kimi vizyonuna əsaslanır.

Strateji məqsədimiz- Bitkilərin zərərli orqanizmlərinin inteqrir idarəetmə tədbirlərinin hazırlanması, tətbiqi və yeni bioloji, kimyəvi vasitələrin sınağı, texniki bitkilərin yeni məhsuldar sortlarının yaradılması və toxumçuluq işinin təşkili, torpağın münbitliyini yaxşılaşdıran, məhsuldarlığı artı­­ran texnologiyaların işlənib hazırlanması  istiqamətində elmi tədqiqat, elmi nailiyyətlərin tətbiqi və elmi kadrların hazırlnaması xidmətlərinin göstərilməsi üzrə bazarda lider mövqe tutmaq,vicdanlı, etibarlı və uzunmüddətli tərəfdaş kimi reputasiya qazanmaq. 

Keyfiyyət sahəsindəki niyyətləri həyata keçirmək üçün təşkilatın rəhbərliyi aşağıdakı öhdəlikləri üzərinə götürür:

  • irəli sürülən tələblərə riayət etmək;
  • keyfiyyət idarəetmə sistemini daim təkmilləşdirmək;
  • keyfiyyət sahəsində siyasətə və məqsədlərə zidd qərarlar qəbul etməmək və hərəkətlərə yol verməmək;
  • təşkilatın fəaliyyətinin həyata keçirilməsində məqsədlərin vəhdətini təmin etmək;
  • məqsədlərə çatmaq üçün resursları müəyyən edərək təmin etmək;
  • bütün proseslərdə işçilərin məsuliyyətini və səlahiyyətlərini aydın şəkildə bölüşdürmək;
  • hər bir işçinin öz qabiliyyətlərini reallaşdıra bilən, şöbəsinin (təşkilatın) fəaliyyətinin təkmilləşdirilməsində maraqlı olan və tapşırılan işdən və onun qiymətləndirilməsindən məmnunluq ala biləcək daxili mühiti və müvafiq şəraititəmin etmək.

Əsas fəaliyyət prinsipləri:

  • bütün şöbələrin qarşıya qoyulan məqsədlərə nail olmaq üçün istiqamətləndirilməsi;
  • effektiv qərarlar qəbul etmək üçün məlumatların dərin və sistemli təhlili;
  • riskə əsaslanan düşüncənin tətbiqi;
  • işin keyfiyyətinin müştəri məmnuniyyətinin dərəcəsi ilə qiymətləndirilməsi;
  • mütəxəssislərin hazırlanması və ixtisasartırma sisteminin təkmilləşdirilməsi, işçilər arasında institutun yüksək nüfuzunun və hər bir işçinin maddi rifahının ən mühüm amil olması barədə anlayışın formalaşdırılması.

 

BMTB ETİ

© 2020 BMTB ETİ