Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu | Aqrokimya laboratoriyası

Aqrokimya laboratoriyası

Aqrokimya laboratoriyası

Laboratoriyada torpağın münbitliyindən, fiziki və kimyəvi xassələrindən asılı olaraq gübrələrin təsirinin əsas qanunauyğunluqlarının, torpaq və bitki sistemində qida elementləri balansının öyrənilməsinə dair elmi-tədqiqat işləri aparılır. Əkinçiliyin intensivləşdirilməsində, planlaşdırılmış yüksək pambıq məhsulu götürülməsində gübrələrin normalarının və nisbətlərinin tətbiq edilmə metod və üsullarının işlənib hazırlanmasına daha böyük fikir verilir. Hazırlanmış səmərəli gübrələmə sisteminin pambığın becəril-məsinə dair kompleks aqrotexniki tədbirlər sistemində tətbiq edilməsi torpaq münbitliyinin daim artmasına, qida elementlərinin istifadə edilmə əmsalının və pambıq məhsulunun artmasına təsir göstərir.

Fermer təsərrüfatlarına torpaq-iqlim şəraitindən asılı olaraq istər daimi (fasiləsiz) pambıq əkinləri, istərsə də növbəli əkinlər üçün gübrələrin şum altına və yemləmə şəklində verilmə normaları və nisbətlərini müəyyən etməklə tövsiyələrin verilməsi yerinə yetirilir.

Aqrokimya laboratoriyasında Pambıq əkinlərində üzvi gübrələrlə birlikdə mineral gübrələrin optimal normada verilməsi hesabına pambıqdan yüksək və keyfiyyətli məhsul əldə edilib.

Aparılan mözvu və tədqiqat işləri


Mövzu: Texniki bitkilərin məhsuldarlığının artırılmasını vvə torpaq ünbitliyinin yaxşılaşdırılmasını təmin edən aqrotexnologiyalrın, gübrə normalarının, suvarma rejiminin hazırlanması və fermer təsərrüftalarında tətbiqi.
İş 2.3.4. Fasiləsiz pambıq əkinlərində üzvü və mineral gübrələrin optimal norma və nisbətlərinin torpaq münbitliyinin artırılmasına və pambıq bitkisinin məhsuldarlığının yüksəldilməsinə təsiri.

Şöbədə aşağıdakı tərkibdə əməkdaşlar fəaliyyət göstərir:

1. 1. İbrahimov Akşay Cavad oğlu – laboratoriya müdiri
2. Mustafayeva Hicran Nağı qızı – böyük elmi işçi
3. Mehdiyeva Günay Rövşən qızı – böyük elmi işçi
4. Kərəvəliyev Ramik Emil oğlu – elmi işçi
5. Abbasova Amaliya Səfəralı qızı – böyük laborant
6. Hüseynova Hicran Nəriman qızı – böyük laborant
7. Quliyeva Sevda Gülalı qızı – laborant
8. Hüseynova Ziyafət Qüdrət qızı – laborant