Aqrar İnkişaf Könüllüləri təşkilatı

Aqrar İnkişaf Könüllüləri təşkilatı

«Aqrar İnkişaf Könüllüləri» Təşkilatı aqrar sektorun inkişafına ictimai dəstəyi nümayiş etdirmək, vətəndaşların və ya fermerin aqrar sahədəki problemlərini yerində müəyyən etmək və həlli yollarını axtarmaq, gənc mütəxəssislərin ideyalarını praktiki olaraq reallaşdırmaq və cəmiyyətin diqqətini bu sahəyə yönəltmək məqsədi daşıyır. Bu Təşkilat Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunur və dəstəklənir.

Aqrar İnkişaf Könüllüləri Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunda 2018-ci ildən fəaliyyətə başlayaraq, 120-dən çox könllü fəaliyyət cəlb olunub.