Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu | Texniki bitkilərin aqrotexnikası şöbəsi

Texniki bitkilərin aqrotexnikası şöbəsi

Texniki bitkilərin aqrotexnikası şöbəsi

Azərbaycanda pambıqçılığın elmi əsaslarla inkişaf etdirilməsinə 1925-ci ildən Gən¬¬cə seleksiya stansiyasının bazasında AzETPİ-nin yaradılmasından başlanıl¬mış-dır. Pambıq əkilən sahələrin münbitliyinin ar¬tırılması ilə yanaşı pambığın məhsuldarlığının artırılması yollarının öyrənilməsi,Texniki bitkilərin aqrotexnikası şöbəsinin sələfi olan "Tarlaçılıq" şöbə¬sin¬də başlanılmışdır. Şöbədə yüksək və tez yetişən məhsul almağın nəzəri və təc¬rü¬¬bi əsasları tədqiq edilərək öyrənilməklə, torpağın münbitliyinin yaxşılaşması və məhsuldarlığın artırılması istiqamətində şöbədə çox tarlalı növbəli əkin sistemi iş¬¬lə¬nib hazırlanmışdır. Növbəli əkin sistemi tətbiq etməklə ölkədə hey¬van¬darlığın inkişafı üçün yem bazası yaranmaqla iqtisadiyyatımızın möh¬kəm¬lənməsinə şərait yaranır. Növbəli əkinlə alaq otlarının azalmasına nail olunur ki,bununlada əl əməyinə ehtiyac azalır. Pambıq-yonca növbəli əkinlərində yonca¬nın eyni tarlada neçə il qalması, siderat bitkilər tarlasının olması və onlarda şum qa¬tının dərinliyinin növbələşdirilməsi, həmin əməliyyatın aparılma müddətləri və üsul¬ları da öyrənilərək təsərrüfatlara tövsiyə edilərək həyata keçirilir. Yüksək məh¬sul alınmasında səpinqabağı və cərgəaralarının becərilməsi də çox vacibdir. Həmin əmə¬liy¬yatlar təcrübə işlərində öyrənilmiş və bu gün də öz müsbət nəticələri ilə tə¬sər¬rüfatlarda gəlir gətirir. Şöbədə vaxt aşırı cərgə aralarının becərilmə dərinliyinin və sayının azaldılması da tövsiyə edilmişdir. Şöbəmizdə şumun yüksək aqrotexniki sə¬viyyədə aparılması, səpinqabağı və cərgə aralarının becərilməsində aqreqata əla¬və işçi orqanlarının quraşdırılmaqla mütərəqqi becərmə texnologiyası iş¬¬lə¬nilib hazırlanmışdır.

Uzun illər ərzində torpağın münbitləşdirilməsi, pambıq üçün səmərəli sələf bit-kisinin seçilməsi, torpaq becərmə işlərinin səmərəliliyinin artırılması istiqamətində tədqiqatlar aparılmış və isteh¬sa¬lat üçün dəyərli tövsiyyələr verilmişdir.

Şöbədə aparılan çoxillik təcrübələr göstərmişdir ki, pambıq-yonca növbəli əkin sistemində yonca əkilən torpaqlarda yaranmış münbitliyin azalmasınin qar¬şı¬sı-nı almaq üçün sahəyə siderat bitkilər: payızlıq noxud, arpa, vələmir, şabdar və s ək-mək lazımdır. Həmin təcrübələrlə müəyyən edilmişdir ki, yonca eyni sahədə 3-4 il qalarsa torpaqda toplanan kök sisteminin miqdarı daha çox olur. Yəni bu zaman hu¬musun və ümumi azotun miqdarı artır.

Qeyd etmək lazımdır ki, pambıq bitkisi torpaq kipliyinə qarşı çox həssasdır. Yə¬¬ni tarlada kənd təsərrüfat alətləri çox işlədikcə torpaq kipləşir. Odur ki, şöbədə tor¬¬pağın minimum becərilməsi texnologiyası işlənmişdir. Bu texnologiya ilə aq-roiq¬¬tisadi və energetik qiymətləndirilmələr işlənilmişdir və bu nəticəyə gəlinmişdir ki, şum əməliyyatını gübrə verməklə, malalamanı arat üçün şırım açmaqla, kulti¬va-siyaları yemləmə gübrəsi və suvarma şırımlarının açılması və ya zərərvericilərə qar-şı çiləmə, tozlama və ya mexaniki ucvurma ilə birgə aparmaqla tarlada traktor əmə-liyatlarının azalması ilə torpağın kipləşməsinin qarşısının alınmasını tövsiyə ha¬¬¬lında təsərrüfatlara verilmişdir.

Bundan başqa şöbədə torpaq münbitliyindən asılı olaraq pambığın optimal sə-pin müddətləri, sıx və tirəyə səpinləri öyrənilmişdir. Belə qənaətə gəlinmişdir ki, ins¬titut seleksiyaçıları tərəfindən yaradılan orta lifli pambıq sortları iqlimdən asılı ola¬¬raq aprelin 1-2-ci ongünlüyündə səpildikdə yüksək məhsul verməsi haqqında töv¬¬siyələr verilmişdir.

Şöbədə lütləşdirilmiş adi və draje edilmiş, ey¬ni zamanda tüklü toxumları az səpin norması ilə əvəz edərək tədqiqat işi apa¬ra¬raq yüksək məhsul əldə etmişlər. Aydın olmuşdur ki, nəinki draje edilmiş və ya lüt¬ləşdirilmiş toxumlar hətta tüklü toxumlar belə 20-30-40 kq tətbiqində yüksək məh¬¬sul verir. Şöbədə normal bitki sıxlığı olması əsas parametr kimi daim öyrənilir və bitkilərin yerləşdirilməsi üsulları, bitki sıxlıqları işlənib istehsalata töv¬¬siyə edilmişdir.

Şöbədə institut seleksiyaçıları tərəfindən yaradılmış və respublikanın pam¬bıq-çı¬¬lıq bölgələri üçün rayonlaşmış pambıq sortlarının optimal aqrotexnologiyasının öy¬¬rə¬nilməsi sahəsində çox saylı becərmə texnologiyaları işlənib hazırlanmışdır və hə¬¬¬min mövzular yeni sortların alınması ilə müştərək davam etdirilir.

İnstitutda yaranmış bütün sortların hamısının bitki sıxlıqları, gübrə normaları və suvarma rejimləri birgə öyrənilərək hər bir sort üçün bitki sıxlığı, gübrə norması və suvarma rejimi müəyyən edilmişdir.

Bundan başqa şöbədə sıfır tipli sortların da aqrotexnikası öyrənilmişdir, eyni za¬¬manda sortlarda heterozis qüvvəli (F1) nəsil növarası pambıq hibridlərinin də əl-ve¬rişli səpin sxemləri 1990-cı illərdə öyrənilib tövsiyyə edilmişdir.

Son illər şöbədə pambığın 1 illik-paxlalı bitkilərlə (lobya, soya, qışlıq noxud) növ¬bələşdirilməsinin torpağın münbitliyinə və pambığın məhsuldarlığına təsiri is¬ti-qa¬¬mətində görülən işlər, Üç tarlalı pambıq-yonca-taxıl, 4 tarlalı taxıl, soya, gü¬nə¬ba-xan, qarğıdalı əkin sistemlərinin nəticələri isə müasir dövrdə torpaq istifadəçiləri üçün çox yaxşı ədəbiyyat mənbəyi olmuşdur. Belə ki, hazırki dövrdə kiçik ölçülü tor¬¬¬paq sahələrində 5-7 tarlalı növbəli əkin sistemi aparmaq mümkün olmadığı üçün və fermer fasiləsiz pambıq əkmək məcburiyyətində qalaraq həm torpağı zəiflədir, həm də ilbəil məhsul azalır. Təklif etdiyimiz həmin qısa rotasiyalı sistemlərdə isə fer¬¬mer əkin sahələrindən stabil yüksək pambıq, yonca, taxıl və digər məhsullar əl¬də edir, həm də torpaq münbitləşir.







Bundan başqa şöbədə aparılan tədqiqatlarda müəyyən edilmişdir ki, fasiləsiz pambıq əkinlərində quza-payının (pambıq göv¬də¬lə¬rinin) və onun yaşıl arpa ilə qarışığının pambıq əkini üçün şum altına doğ¬ran¬mış halda verilməsi torpağı münbitləşdirməklə məhsuldarlığı artırır. Çünki, torpağa bas¬dırılmış pambıq gövdəsinin tərkibində olan qida maddələrinin 60%-i yenidən tor¬¬pağa qayıdır. Yəni D.N.Pryanişnikovun sözü ilə desək pambıq özü özünə gübrə ha¬¬zırlayır.

2000-ci illərdəaparılmiş tədqiqatlarda quza-payı daha geniş formada, yəni quza-payı və aralıq bit¬ki¬lər¬dən arpa, qışlıq noxud sonuncu suvarmadan əvvəl pambığın cərgə arasına sə¬pi¬lə¬rək suvarılır. Alınmış kütlə erkən payızda və yaxud erkən yazda qarışıq halda doğ¬¬ranıb torpağa basdırılır. Nəticədə növbəti ildə torpağın su-fiziki xüsusiyyətləri yax¬şılaşır. Həcm kütləsi azalaraq məsaməliliyi, su sızdırma qabiliyyəti yaxşılaşır. Nə¬ticədə mineral gübrələrdən istifadə etmədən yüksək məhsul alınır.

Bundan başqa şöbədə ekoloji təmiz əkinçiliyin tələbləri əsasında alaq otlarına qar¬şı herbisidsiz mübarizə üsulları işlənib hazırlanaraq istehsalata yayılmışdır.

Hazırda bütün dünyada olduğu kimi, bizim şöbəmizdə də alternativ əkinçilik (kon¬servasiyalı əkinçilik) sistemi də işlənilmişdir. Yəni dondurma şumu aparılmadan əkin sahəsinin 10-12 sm dərinliyində çizel olunması ilə pambıq əkinlərinin becə¬ril¬mə¬sidir. Tədqiqatda dondurma şumu olmadıqda alaq otları kütləvi artdığı üçün her¬bisidlərdən istifadə olunmalıdır. Yəni aqrotexniki qaydalara düzgün əməl edi¬lər¬sə optimal aqrotexnika ilə şumsuz aqrotexnikadan eyni səviyyədə məhsul alınar.

Şöbədə pambığın kimyəvi ucvurması TUR və digər pereparatlarla tədqiqat apa¬rılaraq nəticələri təsərrüfatlara təqdim olunmuşdur

Qeyd etmək lazımdır ki, BM və TBETİnstitutunda texniki bitki olaraq şəkər çu¬ğunduru, günəbaxan, soya və doktorant mövzusu olaraq qarabaşak bitkiləri be-cə¬ri¬lir. Həmin bitkilərin yalnız texniki bitkilərin aqrotexnikası şöbəsində tədqiqatı aparılır.

Şəkər çuğundurunun optimal aqrotexnikası, əkin sahəsində bitkilərin yer¬ləş¬di-ril¬¬məsi onların gübrə norması və suvarılmasının tədqiqatı aparılaraq öyrənilmişdir.

Günəbaxan bitkisinin müxtəlif torpaq iqlim bölgələrində (Gəncə -Qazax və Şir¬van) tədqiqatı aparılmaqla məhsuldarlıq elementləri müəyyənləşdirilmişdir. Yəni tor¬paq-iqlim şəraitindən asılı olaraq günəbaxan bitkisinin bir hektarda bitki sıxlığı öyrənilmiş və fermer təsərrüfatlarına tövsiyə edilmişdir.

Şöbədə soya bitkisi haqqında da tədqiqat aparilmış və alınan nəticələr fermerlərə tövsiyə olunmuşdur. Ümumiyyətlə şöbədə becərilən hər bir bitki haqqında bukletlər hazirlanmışdır.

Şöbə dissertant və doktorantlarla geniş iş aparır. Son illərdə şəkər çuğunduru, so¬ya, pambıq bitkiləri üzərində artıq bir neçə müdafiələr olmuş, hazırda isə gü¬nə¬ba-xan, qarabaşak, aralıq səpin və yay səpinləri üzərində doktorantlar tədqiqat işi apa-rır.

Qeyd etmək lazımdır ki, şöbəmizdə həmin işləri T.D.Lisenko, N.Q.Beke¬re¬ye¬-viç,U.Y.Staroselskaya, E.T.Rışkov, T.İ.İvanovskaya, T.F.Makarova, A.S.Be¬lo¬¬ru-sov, V.S.Zaytsev, A.R.Haqverdiyev, gənc nəsildən isə D.S.Marlamova, R.Q.¬Hə-sənov, C.Ə.Nağıyev, F.S.Ələkbərov, İ.Ə.Əmiraslanov, İ.R.Nəbiyev,S.N.Əliyev və baş¬qa¬¬ları yuxarıda göstərilən elmi-tədqiqat işləri üzərində tədqiqat apararaq təsərrüfatlara tövsiyə vermişlər.

Aparılan mözvu və tədqiqat işləri


Mövzu2.5: Texniki bitkilərin məhsuldarlığının və torpaq münbit¬li¬yi¬nin yax¬şılaşdırılmasını təmin edən aqrotexnologiyaların, gübrə normalarının, su¬var¬ma rejiminin hazırlanması, quraqlığa davamlığın öyrənilməsi və fermer təsərrüfatlarında tətbiqi
1. Müxtəlif torpaq-iqlim şəraitlərində yeni rayonlaşmış pambıq sortlarının (Gəncə-132 və Gəncə-182) optimal aqrotexnologiyasının, suvarma rejiminin və quraqlığa davamlılığının işlənin hazırlanması. (Samux, Ucar və Beyləqan).
2. Gəncə-Qazax bölgəsində şəkər çuğundurunun becərmə aqrotexnologiyasının optimallaşdırılması
3. Gəncə - Qazax bölgəsində günəbaxan bitkisinin optimal becərmə aqrotexnikası

Şöbədə aşağıdakı tərkibdə əməkdaşlar fəaliyyət göstərir:

1. Marlamova Dilarə Səfər qızı- şöbə müdiri
2. Əliyevv Savalan Nəriman oğlu – böyük elmi işçi
3. Nəbiyev İsmayıl Rza oğlu - böyük elmi işçi
4. İmanov Ədalət Əhliyət oğlu – böyük emi işçi
5. Hüseynova Lalə Rasim qızı – elmi işçi
6. Bağırova Nailə Subut qızı – böyük laborant
7. Bədəlova Dünyaxanım Qiyas qızı – laborant
8. Səmədova Xatirə Əvəz qızı – laborant
9. Rizmanova Zenfira Nəsir qızı -laborant