Bitki Muhafizəsi ve Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu | Strategiya

Strategiya

İnstitutun Strategiyası

  • dünyanın aparıcı beynəlxalq elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq qurmaq;
  • sistemli olaraq elmi əməkdaşların təcrübə mübadilələrini təşkil etmək;
  • elmi-tədqiqat işlərinin səviyyəsinin yüksəldilməsi məqsədi ilə laboratori¬yanın ən müasir-beynəlxalq standartlra cavab verən cihaz və avadanlıqlarla təmin olunması-infrastrukturun qücləndirilməsi və dayanıqlılığın təmin olunması;
  • dünyada aparılan ən son elmi-tədqiqat işləri və onlara çıxış imkanlarının gücləndirilməsi, informasiya-kommunikasiya texnologiyalarının (İKT) müasir metodlarının tətbiqi, dünya elminə inteqrasiyanın təmin olunması;
  • beynəlxalq səviyyədə rəqabətliliyin gücləndirilməsi, institutun reytinqinin yüksəldilməsi və beynəlxalq reytinqin siyahısına daxil olmaq üçün davamlı olaraq tədbirlər planı hazırlamaq;
  • sistemli olaraq elmi əməkdaşların beynəlxalq konfranslarda, seminarlarda və müxtəlif ixtisasartırma kurslarında iştirakını təmin edən proqramların həyata keçirmək;
  • elektron idarəetmə sisteminin qurulması, müasir standartlara cavab verən innovativ həllərin-mobil tətbiqlərin hazırlanması və tətbiq olunması
  • institutda fəaliyyət göstərən bütün laboratoriyaların OSO/İEC 17025-2019- beynəlxalq standartların tələblərinə uyğun olaraq akkreditasiyadan keçirilməsi;
  • idarəetmənin təkmilləşdirilməsi, elmi-tədqiqatçıların fəaliyyətinin fərdi qiymətləndirilməsi mexanizminin və motivasiya sisteminin qurulması;
  • xəstəlik və zərərvericilərə qarşı ən son və yüksək səmərəliliyə söykənən inteqrir mübarizə tədbirlərini hazırlamaq;
  • pestisid yükünün azaldılması üçün bioloji vasitələrin istehsalı, sınağı və ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalı istiqamətində fəaliyyətin gücləndirilməsi;
  • xəstəlik və zərərvericilərin bitki orqanizminə təsirinin hüceyrə səviyyəsində araşdırılması və alternativ qərarların qəbul olunması;
  • ekoloji amillərin bitkilərə təsirinin (ekoloji stressin) kompleks araşdırılması- nəticə olaraq davamlı sort və hibridlərin yaradılması və toxumçuluğun təşkili;
  • pestisidlərin sınağını ən müasir standartlara cavab verən səviyyədə həyata keçirilməsi və reqlamentin hazırlaması;
  • yüksək məhsuldar, xəstəlik və zərərvericilərə, ekoloji stressə genetik cəhətdən davamlı sort və hibridlərin yaradılması və tətbiqi.