Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu | Xəbərlər

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər ET İnstitutunun kollektivi bayram ərəfəsində ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün Gəncə şəhər Şəhidlər xiyabanını ziyarət ediblər. Burada şəhidlərin xatirəsi anılaraq onların məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dərin hörmət və ehtiram ifadə edilib.

Daha sonra şəhid Abdullayev Rəşid Abdulla oğlunun ailə üzvləri ziyarət olunub, xatirələri dinlənilib, Vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış övladlarımızın hünərləri barədə danışılıb.

Qeyd edək ki, şəhid Abdullayev Rəşid institutun əməkdaşı Abdullayev Abdullanın övladıdır.

Paylaş: