Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu | Xəbərlər

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər Elmi–Tədqiqat İnstitutunda (BMTBETİ) aqrar elmləri doktoru Ələddin Tağıyevin 70 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, Kənd Təsərrüfatı Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov, ali təhsil müəssisələrinin nümayəndələri, kənd təsərrüfatı şirkətlərinin, BMTB ETİ-nin təcrübə stansiyalarının rəhbərləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov yubliyarı təbrik edərək qeyd edib ki, Ələddin Tağıyev aqrar elm sahəsində 45 ildən artıq işləməsi və böyük elmi təcrübəyə malik tədqiqatçı alim olması ilə yanaşı, pambığın praktiki seleksiyası, genetikası və toxumçuluğu üzrə respublikada yeganə aqrar elmlər doktorudur.

Akademik Fuad Əliyev seleksiyaçı alimin aqrar elmə verdiyi töhfələrdən danışıb və onun elmi fəaliyyətini yüksək qiymətləndirib.

Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar Komitəsinin sədri Fuad Məmmədov yubilyarı təbrik edərək ona fəxri diplom təqdim edib.

Tədbirdə həmçinin İnstitutun əməkdaşları çıxış edərək Ələddin Tağıyevin həyat və fəaliyyətindən, gənc tədqiqatçılara göstərdiyi dəstəkdən danışıblar.

Tədbirdə həmçinin Gəncə Dövlət Universitetinin baş müşaviri, tarix elmləri namizədi, dosent Asif Cavadov, Gəncə şəhər Nizami rayon bələdiyyəsinin sədri Qoşqar Məmmədov, təcrübə stansiyalarının rəhbərləri – Cəbrayıl Ağayev, Ramis Şükürov, Qəhrəman Qəhrəmanov, həmçinin kənd təsərrüfatı şirkətlərinin nümayəndələri məruzələrlə çıxış edərək yubliyarı təbrik ediblər.

Sonda yubilyar tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Paylaş: