26-İYUN-SİLAHLI QÜVVƏLƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ YIĞINCAQ KEÇİRİLİB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də  “26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü” nə həsr olunmuş yığıncaq keçirilib.

Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru İbrahim Cəfərov Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 106 illiyi və 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, Ulu Öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun tarixinin Silahlı Qüvvələr Günü elan edildiyini vurğulayaraq Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılmasının Ümummilli Liderin adı ilə bağlı olduğunu bildirib.

Dahi Rəhbərin mütərəqqi siyasətinin layiqli davamçısı, Prezident İlham Əliyevin apardığı məqsədyönlü və uğurlu siyasət, həyata keçirdiyi davamlı və hərtərəfli islahatlar nəticəsində Azərbaycanda regionun ən güclü peşəkar ordusunun formalaşdığını vurğulayan B. Salayev qeyd edib ki, Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi altında şanlı Ordumuzun cəmi 44 gün ərzində torpaqlarımızı işğaldan azad etməsi, həmçinin 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət suverenliyimizin bərpa olunması məhz bu müdrik siyasətin parlaq təzahürüdür.

Daha sonar çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğundan, cəbhədə Azərbaycan Ordusunun təşəbbüsündən söz açıblar. Vurğulanıb ki, bu gün ölkəmiz hərbi potensialını daha da gücləndirmək üçün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müəyyənləşdirdiyi hədəflərə doğru inamla irəliləyir.

Paylaş: