Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu | Xəbərlər

Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda 20 Yanvar faciəsinin 33-cü il dönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib

Tədbirdə İnstitutun direktoru İbrahim Cəfərov bildirib ki, 33 il öncə tariximizin acılı, lakin şərəfli günləri yaşanıb. Bu tarix müasir Azərbaycan tarixinə gürur gətirən günlərdən biri kimi xalqımızın qəhrəmanlıq səhifəsinə daxil olub, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Direktor qeyd edib ki, Xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən bu hadisələrə ilk dəfə hüquqi-siyasi qiymət verildi və bu gün 20 Yanvar şəhidlərinin xatirəsi hər birimizin qəlbində əbədi yaşayır.

Daha sonra İnstitutun əməkdaşları Şahin Şabanov, Qabil Bayramov, Gülcamal Ələsgərova və s. öz fikirlərini bölüşərək Azərbaycan tarixində önəmli mərhələ təşkil edən bu cür qanla yazılan tarixlərin qeyd olunmasının və yaşadılmasının əhəmiyyətini vurğulayıblar.

Paylaş: