18 OKTYABR-DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASI GÜNÜ QEYD OLUNUB » Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu

Xəbərlər


Bitki Mühafizə və Texniki Bitkilə ETİ-də 18 oktyabr Müstəqilliyinin Bərpası günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin və Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru İbrahim Cəfərov Azərbaycan xalqının keçdiyi çətin, lakin şərəfli müstəqillik yolundan danışıb. Qeyd edib ki, Azərbaycan müstəqilliyinin ilk illərində çoxsaylı təhlükələrlə üzləşmiş, ağır sınaqlardan keçmişdir. Belə bir şəraitdə Azərbaycan torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalmış, yüz minlərlə soydaşımız öz dədə-baba yurdlarından didərgin düşmüşdür. Ölkənin bu ağır dönəmində Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdı. Yalnız bundan sonra müstəqilliyin yenidən itirilməsi təhlükəsinin qarşısı alındı. Müstəqil və suveren Azərbaycanın banisi Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. 44 günlük Vətən müharibəsində qazanılan zəfərin Azərbaycanın müstəqilliyininin əbədi və dönməz olduğunu bir daha sübut edib.

Daha sonra çıxış edən institutun əməkdaşalrı Mahirə Vəliyeva, Nigar Qədimova, Mahal Kazımov, Namiq Əliyarov və Samir Əliyev bu günün dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli bir mərhələnin başlanğıcını qoyduğunu, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası baxımından böyük önəm kəsb etməsini qeyd edərək, 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir iştirakçılarını təbrik ediblər.

Paylaş: