Xəbərlər

BM TBETİ-nin gənc əməkdaşları AMEA-nin Genetik Ehtiyatlar İnstitutunun Biotexnologiya laboratoriyasında təcrübə keçmişlər.

          Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun əməkdaşları - elmi işçi Rumiyyə Məmmədrzayeva, kiçik elmi işçi Pərvin Qənbərova, böyük laborant Səmayə Hüseynova və laborant Vüqar Nəbiyev AMEA-nin Genetik Ehtiyatlar İnstitutunun Biotexnologiya laboratoriyasında 5 günlük təcrübə keçiblər. Onlar bitkilərin abiotik və biotik stress amillərə davamlılığının molekulyar səviyyədə öyrənilməsi istiqamətində instutunda aparılan tədqiqat işləri ilə tanış olublar.Təcrübə müddətində institutun əməkdaşları DNT nümunələrinin izoliyasıyası və PCR analizlərini müxtəlif bitki nümunələrindən istifadə edərək praktiki olaraq həyata keçiriblər.

BMTB ETİ

© 2020 BMTB ETİ