Xəbərlər

BMTBETİ-nin alimləri BİOS AQROSYSTEMS S.A. layihəsi üzrə Tərtər RAEİM-də işlər aparmışlar.

          BİOS AQROSYSTEMS S.A. yunan şirkəti tərəfindən Azərbaycanda pambıqçılığın inkişafı üçün təklif olunan layihənin Tərtər RAEİM-də aparılan təcrübəsində “Arı şanı qiymətləndirmə” sxemində Gəncə -160 və Gəncə-182 sortlarının qarışıqlardan təmizlənməsi işləri aparılıb. Eyni zamanda Məhsul yığımı üçün hazırlıq işlərinin aparılmasında yerli mütəxəssislərə məsləhətlər verilib.
Təcrübənin müxtəlif sxemlərində xarici və yerli sortlara baxış keçirilib, hər iki sortun arı şanı sxemində potensial imkanı 450-500q/bitki –dir .
Qeyd edək ki, müşahidələr BMTB-ETİ-nin mütəxəssisləri, sözü gedən pambıq sortların müəllifi pro. Ə.Ə.Tağıyev, M.İ.Kazımov və S.İ.Eldarov tərəfindən aparılıb.

BMTB ETİ

© 2020 BMTB ETİ