Xəbərlər

BM TBETİ-nin alimi aqrar elmlər üzrə elmlər doktoru, seleksiyaçı alim Ələddin Tağıyevin müəllifi olduğu Gəncə-183 pambıq sortunun respublikada rayonlaşdırılması qərara alınmışdır.

              “Seleksiya nailiyyətləri üzrə Ekspert Komissiyası” 2020-ci ildə Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun “Texniki bitkilərin seleksiyası” şöbəsinin müdiri, aqrar elmlər üzrə elmlər doktoru, seleksiyaçı alim Ələddin Tağıyevin müəllifi olduğu Gəncə-183 pambıq sortunun respublikada rayonlaşdırılmasını qərara almışdır.

Ələddin müəllim, yeni yaratmış olduğunuz Gəncə-183 pambıq sortun rayonlaşdırılması münasibəti ilə sizi təbrik edir, sizə can sağlığı, elmi fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.

Gəncə-183 pambıq sortu [3038 x (Liniya-2740 x Mutant-7/9)] hibridinin nəsillər üzrə istiqamətli seçmə yolu ilə alınmışdır. Kolu yığcam formalı olub, II tip budaqlanmaya aiddir. Yarpağı orta, 3-5 dilimlidir. Gövdəsi yatmağa qarşı davamlı olmaqla, maşın yığımı üçün əlverişlidir. Qozası iri (6,2 qr) olub, forması yumurtavaridir. 1000 ədəd toxumun kütləsi 118 qramdır. Xam pambığı tökülmür. Gəncə-183 pambıq sortunun vegetasiya müddəti 120 gündür. Lif keyfiyyəti IV tipin tələblərinə dolğun cavab verməklə, toxuculuq sənayesinin tələblərinə uyğundur. Salyan Sort Sınaq Dayaq Məntəqəsində 3 illik orta məhsuldarlıq 50,1 s/ha olmuşdur. Sort xəstəlik və zərərvericilərə qarşı davamlıdır. Gəncə-183 pambıq sortunun lif çıxımı yüksək - 42,1% olmaqla, digər pambıq sortlarından fərqlənir.

BMTB ETİ

© 2020 BMTB ETİ